Nazirlik 132 ailəyə mal-qara verib - FOTO

30
iyl
2019
13:45
2019-cu il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq mal və materialların verilməsinə başlanıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 7 rayonda (Sabirabad, Hacıqabul, Beyləqan, Xocavənd, Salyan, Tərtər və Neftçala) 132 ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara verilib.Vətəndaşlara verilən mal-qaranın sağlamlığına dair baytar arayışı təqdim edilir. Heyvanlar təqdim olunarkən aktlar tərtib olunur, iştirakçılar verilən mal-qaradan razılıqlarını aktı imzalamaqla təsdiq edirlər.Eyni zamanda, aktivlərin verilməsi prosesinə dair (iştirakçıların öz razılığı ilə) video və foto materiallar da çəkilir.Aktivlərin paylanılması növbəlilik prinsipi əsasında həyata keçirilir və il boyu davam etdiriləcək.Qeyd edək ki, cari ilin 6 ayı ərzində artıq 3 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib. İlin sonunadək bu rəqəmin 10 minə çatdırılması gözlənilir.Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir.
Qalereya
Oxşar xəbərlər
Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi
Özünüməşğulluq Proqramı çərçivəsində təchiz edilən iri və xırdabuynuzlu mal-qaraların keyfiyyəti ilə bağlı KİV-lərdə dəfələrlə məlumat dərc edilib. BAKU.WS-in m...
