Dollarla bağlı vacib XƏBƏR - VİDEO
12
sen
2017
23:11
Amerikada baş verən qasırğa və yeni hökümətin apardığı qeyri-sabit siyasət yaxın zamanlarda FED-in uçot dərəcəsini sıfıra endirməsi ilə nəticələnəcək. Belə bir iddia ilə Almaniyanın nüfuzlu "Deutsche Bank"ı çıxış edib. Ekspertlər bildirir ki, bu proqnoz reallaşarsa Azərbaycanda dolların məzənnəsində enmələr müşahidə oluna bilər. Bu isə o deməkdir ki, dollar yaxın vaxtlarda bahalaşmayacaq. BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, Birləşmiş Ştatların Federal Ehtiyyat Sistemi bir neçə ay ərzində yenidən yenidən uçot dərəcəsini sıfıra endirə və pul ekspansiyasına başlaya bilər. Almaniyanın nüfuzlu Doyc bankı hazırda 1.25 faiz olan uçot dərəcəsinin sıfıra endirilə biləcəyini Birləşmiş Ştatlarda resessiya təhlükəsinin pik həddə çatması ilə əlaqələndirib. İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Birləşmiş Ştatlarda uçot dərəcəsinin sıfıra endirilmə ehtimalını şərtləndirən digər amillər də mövcuddur. Ancaq hələ ki, uçot dərəcəsinin sıfıra endirilməsi gözlənilən deyil. Rəşad Həsənov hazırda Birləşmiş Ştatlarda uçot dərəcəsinin tam endirilməsini mümkün saymasa da belə bir proqnozun reallaşacağı təqdirdə Azərbaycan iqtisadiyyatının bundan müsbət mənada təsirlənəcəyini vurğulayıb. Yəni bu qərar dolların ucuzlaşması ilə nəticələnə bilər. Rəşad Həsənovun fikrincə dolların uçot dərəcəsinin aşağı düşməsi dolları ucuzlaşdıracağı üçün Mərkəzi Bankın valyuta ehtiyyatlarının daha sürətli artımına səbəb olacaq. Bu isə Mərkəzi Bankın valyuta siyasətini formalaşdırmasında yeni imkanlar açacaq və manat hazırkı məzənnəni daha uzunmüddətli qoruyub saxlamağa müvəffəq olacaq. BAKU.WS
Oxşar xəbərlər
Dollarla bağlı gözlənilməz AÇIQLAMA: Məzənnə qəfil dəyişəcək
ABŞ Federal Ehtiyat Sistemi (FED) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilər. Bu proqnozla Almaniyanın nüfuzl...