Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək
17
yan
2026
16:55
İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr edilib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər veriləcək:
əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;
əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları və ya 0,7 % azalaraq 104,2 ABŞ dolları təşkil edib. Bu barədə BAK...