BP Bakı-Supsa neft kəmərinin operatorluğunu Azərbaycana və Gürcüstana ötürəcək
BP şirkəti iyunun 8-də Bakı-Supsa neft kəmərinin operatorluğunu Azərbaycana və Gürcüstana ötürəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel Bakıda jurnalistlərə açıqlamasında bildirib.
"İyunun 8-də BP Bakı-Supsa neft kəmərinin Azərbaycan və Gürcüstan hissələri üzərində operatorluğu onların sahiblərinə ötürəcək", - Q.Birrel "Report"un sualına cavabında deyib.
Xatırladaq ki, 2026-cı ilin mayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər.
"Bakı-Supsa" - "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulan ixrac marşrutudur. Neft kəmərinin uzunluğu 837 km-dir: bunun 775 km-i diametri 21 düym (530 mm) olan yeni boru kəmərindən, 55 km-i isə rekonstruksiya olunmuş kəmərdən ibarətdir. Kəmərin illik ötürücülük qabiliyyəti 7 milyon tondan çox (gündə 145 min barel) təşkil edir. Bu istiqamət üzrə nəql 2022-ci ilin yazında dayandırılıb.
Oxşar xəbərlər
Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları 2020-ci ilin fevral ayından bəri minimuma enib
2026-cı il iyulun 1-nə olan vəziyyətə görə, Rusiya Bankının qızıl ehtiyatları 73.4 milyon troy unsiyası təşkil edib ki, bu da 2020-ci ilin fevral ayından bəri ə...