“Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan” kampaniyasının qalibləri məlum oldu!

29
yan
2019
15:35
Bank of Baku və Mastercard-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan” müsabiqəsinin qalibləri mükafatlandırıldı.Alış-veriş həvəskarlarının sevincinə səbəb olan kampaniyanın şərtlərinə əsəsən, 20 sentyabr – 20 dekabr 2018-ci il tarixləri arasında, Bolkart Mastercard kartı ilə ən çox alış-veriş edən 1 müştəri - Tural Kazımov möhtəşəm hədiyyənin sahibi oldu. O, Bank of Baku tərəfindən İSTANBULA 2 NƏFƏRLİK SƏYAHƏT paketi ilə (gediş-dönüş bileti, otel, transfer xidməti və səyahət sığortası) mükafatlandırıldı.Xərclədikcə qazandıran “Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan” müsabiqəsinin bir digər şərtinə əsasən isə kampaniya müddəti – yəni 4 ay ərzində hər ay Bolkart Mastercard kartı ilə ən çox alış-veriş edən 3 müştəri pul mükafatı qazandı. Belə ki, sentyabr ayında 5 fərqli POS-terminaldan ümumilikdə 100 AZN və daha çox məbləğdə ən çox alış-veriş edən,-Əsgərov Afiq – 250 AZN BAL;-Əhmədov Ravil– 150 AZN BAL;-Aslanov Orxan– 100 AZN BAL;Oktyabr ayında ən çox alış-veriş edən,-Həsənova Xalidə - 250 AZN BAL;-Məmmədov Oqtay– 150 AZN BAL;-Məsimov İsmayıl – 100 AZN BAL;Noyabr ayında ən çox alış-veriş edən,-Musayeva Gülşən – 250 AZN BAL;-Hüseynzadə Kamal – 150 AZN BAL;-Rzayeva Nərminə – 100 AZN BAL;Dekabr ayında ən çox alış-veriş edərək qalib olan,-Əliyeva Adilə - 250 AZN BAL;-Aşurova Xədicə – 150 AZN BAL;-Qocayeva Elnurə – 100 AZN BAL HƏDİYYƏ qazandı. Qazanılan BAL-lar Bank of Baku tərəfindən müştərilərin kart hesablarına yerləşdirildi. Xatırlatmaq lazımdır ki, 1 BAL=1 AZN dəyərindədir və müştərilər balanslarındakı BAL-ların miqdarı müqabilində pulsuz alış-veriş edə bilərlər. Böyük maraq və diqqəti özündə toplayan kampaniya dövrü ərzində ümumilikdə 13 müştəri qalib oldu.Daha ətraflı:145 Məlumat Mərkəziwww.bolkart.azwww.facebook.com/Bolkart
Oxşar xəbərlər
Ölkənin ilk taksit kartı Bolkartdan 7 yaşında 77 hədiyyə!
Bu gün ölkənin ilk taksit kartı Bolkartın 7 yaşı tamam olur. Ölkənin innovativ bankı olan Bank of Baku, sektoruna gətirdiyi ilklərin ən möhtəşəmi olan Bolkartı,...
