Azərbaycanın neft sektoru ilə bağlı PROQNOZ
18
apr
2018
20:27
2018-2025-ci illər arasında Azərbaycanın neft sektoruna 20 milyard ABŞ dollarından çox investisiya qoyulacaq.Bunu Trend-ə “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu üzrə baş analitiki Eşli Şerman deyib.Onun sözlərinə görə, ölkənin enerji sektoruna investisiyalar 2014-2015-ci illərdə pik həddinə çatmışdı. O zaman “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələri üçün xərclər daha yüksək idi:“Biz gözləmirik ki, gələcək investisiyalar həmin həddə çatsın, çünki yeni kəşfiyyat və hasilat layihələri 20 milyardlı “Şahdəniz-2” ilə müqayisədə daha kiçik miqyaslı olacaq. Biz hesab edirik ki, 2018-2025-ci illər arasında Azərbaycanda 20 milyard dollardan çox investisiya qoyulacaq. Bu məbləğə “Azəri-Çıraq-Günəşli” blokunda yeni neft platforması daxildir. Bununla bağlı yekun investisiya qərarı 2019-cu ildə qəbul olunacaq”.O qeyd edib ki, əsasən qaz yönəlmiş digər çoxmilyardlı layihələrin də olduğunu təsdiq etmək olar:“Bu, “Ümid-Babək” bloku və “Qarabağ” yatağı üzrə yeni tərəfdaşlarla sazişlər vasitəsilə reallaşdırılan layihələr, “Abşeron” yatağının tam işlənməsi mərhələsi və “Azəri-Çıraq-Günəşli” blokundan qaz hasilatı layihələridir. Bundan başqa, SOCAR GPC neft-qaz kimya kompleksi layihəsinin reallaşdırlmasına əlavə 4 milyard dollar tələb olunacaq. Xəzərdə bərpa olunan kəşfiyyat işləri də yeni neft və ya qaz yataqlarını aşkar etməyə imkan verəcək”.E.Şerman əlavə edib ki, Azərbaycan regionda və bütün dünyada digər cəlbedici neft-qaz layihələrinə investisiyalar sahəsində rəqabətin öhdəsindən gəlməlidir:“Bu məsələdə əsas amillər xərclərə qənaət və qaz ixracının rentabelliyidir”.BAKU.WS
Oxşar xəbərlər
OPEK-in neft hasilatı ilə bağlı YENİ PROQNOZU
OPEK üzvləri və təşkilata daxil olmayan ölkələrin ötən ilin yanvarından neft hasilatının azaldılması barədə sazişə əməl etməsi neft qiymətlərinin bərpa olunması...