SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və bu vəsaitdən 39,1 milyon ABŞ dolları 8 banka satılıb. Beləliklə, hərracda təklif tələbi üstələyib. Bununla da sabah üçün dolların məzənnəsinin cuzi ucuzlaşacağı gözlənilir.

Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
 
Qeyd edək ki, bu gün üçün USD/AZN rəsmi məzənnəsi 1,6186 səviyyəsində müəyyən olunub.
 
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
 
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir. Qeyd edək ki, Mərkəzi Bankın marjasına əsasən banklar dolları 1.6750 manatdan baha sata bilməzlər. 
 
 
Şahin Həbibov
BAKU.WS