SON DƏQİQƏ: WTI markalı neftin barreli 1 dollardan aşağı düşdü
Dünya birjalarında WTI markalı neft tarixi antirekordunu vurub.
BAKU.WS-in məlumatına görə, bu markalı neft 21 ildə ilk dəfə ən ucuz qiymətə satılıb. 1999-cu ildə bu markalı neftin bir barreli 12. 48 sentə satılmışdı. Hazırda birjalarda WTI markalı neft 1.17 dollara ticarət olunur.
Neft qiymətləri, tələbdəki azalma ilə bərabər anbarların (çənlərin) tutumlarının sürətlə dolması ilə əlaqədar olaraq da düşür.
Neftə qlobal gündəlik tələbin 25-35 milyon barel civarında azaldığı ehtimal edilir. Buna qarşılıq neft ölkələri hasilatlarını cəmi 10 milyon barel azaldırlar. Hasilatın azaldılması həcmi təklif artıqlığını ortadan götürməyə kifayət etmir.
OPEC-in aylıq hesabatına görə, koronavirus epidemiyası ilə əlaqədar olaraq qlobal iqtisadiyyatın dayanması ilə neft tələbinin son 30 ilin ən aşağı səviyyələrinə düşə biləcəyini təxmin edir.Neft istehsal edən ölkələrn öhdəlik götürdüyü istehsal azaltmasını reallaşdırsalar belə, yenə də istehsal tələbin üzərində reallaşmış olacaqdır. Bu təxminlər ilə neft qiymətlərində satış təzyiqinin davam etdiyini görürük.
Oxşar xəbərlər
Azərbaycan neft hasilatını azaldacaq
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən m...