SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünya Çində baş verən son prosesləri təşviş içində izləyir. 

 

BAKU.WS-in RBK-ya istinadən verdiyi məlumata görə, Çinin səhm bazarı 2007-ci ildən bu yana ən ağır gününü yaşayıb. Brent markalı neft isə 2009-cu ildən bu yana 44 dollardan ucuz satılıb. Dünya günə Çində yeni iqtisadi böhranın yaşanacağı qorxusu ilə başlayıb. Hətta iş o yerə çatıb ki, Çinin rəsmi "Sinxua” agentliyi valyuta bazarında yaşananlara görə, bu günü "Qara bazar ertəsi” adlandırıb. 


Yatırımçılar Çinin Xalq Bankının 2 faizlik devalvasiyaya getdikdən sonra bu gün maliyyə bazarında vəziyyətin gözlənildiyindən daha pis olduğunu etiraf ediblər. Devalvasiyadan sonra Dünya fond birjasındakı itkilərin 5,4 trilyon dollarla ölçüldüyü bildirilir.

 

Investec Economics-in ekspertləri Çinin məsələyə biganə yanaşacağı təqdirdə itkilərin daha da artacağını proqnozlaşdırırlar. Analitiklər Çindəki devalvasiyanın ilkin olaraq inkişaf etməkdə olan ölkələrə təsir etdiyini bildirsələr də növbədə inkişaf etmiş Qərb ölkələrinin olduğu bildirilir. 

 

Azad Əliyev

BAKU.WS