SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya bazarlarında neftin qiyməti kəskin bahalaşıb. 

BAKU.WS xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı rəhbərliyinin neft hasilatını azaltmaqla bağlı müzakirə aparmaq üçün OPEC+ formatı çərçivəsində təcili görüş keçirmək istəməsi olub.

Bu gün Londonun İCE birjasında “Brent” markalı neftin bir bareli 32,73 ABŞ dollarına, yəni əvvəlki hərraca nisbətən 7,99 ABŞ dolları (32,3%) baha satılıb.

Həmçinin Nyu-York Əmtəə Birjasındakı (NYMEX) elektron hərrac zamanı WTI markalı neftin bir bareli 6,63 ABŞ dolları (32,64%) bahalaşaraq 26,94 ABŞ dollarına satılıb.

Bir qədər sonra isə adıçəkilən markalara aid neft müvafiq olaraq 28,9 və 25,27 ABŞ dollarına qədər ucuzlaşıb.

BAKU.WS