Dünya birjalarında neft 20 dollara düşdü

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,96 dollar ucuzlaşaraq 20,55 dollar olub.
Londonun İCE birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 1,46 dollar azalaraq 23,47 dollara enib.
Qeyd edək ki, OPEC+ ölkələri martın əvvəlində baş tutan iclasda neft hasilatını azaltmaq barədə razılığa gələ bilməyiblər.
Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub. Martın 9-da “Brent”in qiyməti təxminən 30 faiz azalaraq 31 dollar/barrelə enib.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...