SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya birjalarında neftin qiyməti bir ecədə kəskin şəkildə ucuzlaşıb. 

BAKU.WS xəbər verir ki, hazırda "Brent" markalı neftin qiyməti 33,35 dollardır. Texas nefti isə 29,54 dollara geriləyib.

Bu ucuzlaşma körfəz müharibələrindən bu yana ən sərt enmədir. Bir gün ərzində 31%-lik ucuzlaşma dünya bazarında şok effekti yaradıb. 

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin (“OPEC+”) Birgə Monitorinq Komitəsinin (JMMC) 18-ci iclasında neft hasilatının daha da dərinləşdirilməsi üzrə Rusiyanı razı salmaq mümkün olmayıb. Bu razılaşma əldə edilmədiyi üçün neftin qiymətini saxlamaq mümkün olmayıb. 

Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

BAKU.WS