Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb

25
yan
2020
16:58
2019-cu ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci illə müqayisədə real ifadədə 3,1 faiz artaraq 9 milyard 607,3 milyon manat olub.
BAKU.WS-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 953,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,4 faizini təşkil edib.
2019-cu il ərzində hər bir ölkə sakini orta hesabla 970 manatlıq və ya 2018-ci illə müqayisədə nominal ifadədə 40,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Oxşar xəbərlər
Azərbaycan mobil operatorlar il ərzində nə qədər qazanıb?
2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 964,2 milyon manatlıq xidmət göstərib. BAKU.WS Trend-ə istin...