VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz kəmərinin açılış mərasimi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməzlə görüşüb.

Energetika Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, görüşdə Türkiyədə qaza tələbatın ödənilməsində TANAP və “Türk axını” layihələrinin əhəmiyyəti qeyd edilib.

2019-cu ildə Türkiyəyə 27,3%-dən çox Azərbaycan təbii qazının nəqli yüksək qiymətləndirilib. Söhbət zamanı ikitərəfli və regional enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib. Həmçinin bərpa olunan enerji sahəsində təcrübə mübadiləsinə dair məsləhətləşmələr aparılıb.

BAKU.WS