SİZİN REKLAM BURADA!
055 213 76 73


İpoteka və Kredit Zəmanət Fondu mənzil şəraitini yaxşılaşdırmaq istəyən vətəndaşlara ipoteka kreditini əldə etmək imkanı verir.

BAKU.WS xəbər verir ki, ipoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.

İpoteka krediti vasitəsi ilə rayonda yerləşən mənzil və ya ev almaq olarmı?
İpoteka kreditləşməsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

İlkin ödəniş mütləqdirmi?

Bəli. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na əsasən güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır. Belə ki, alınan yaşayış sahəsinin qiymətinin ən azı 15% -dək olan hissəsi (güzəştli kreditlər üçün ən azı 10%) borcalanın şəxsi vəsaiti hesabına ödənilməlidir. Borcalan tərəfindən ödənilən ilkin ödənişin məbləği müstəqil qiymətləndirici şirkətlər tərəfindən alınan yaşayış sahəsinin bazar dəyərinin qiymətləndirilməsi nəticəsində müəyyən olunur və satıcıya çatır.

Ev tikdirmək istəyən şəxs bunun üçün ipoteka krediti götürə bilərmi? 
Xeyr. İpoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir.

İpoeta ilə alınan mənzili vətəndaş sata bilərmi?
Bəli. Mövcud qaydalara əsasən bu halda borcalanın ipoteka krediti üzrə öhdəliyi başqa ödəmə qabiliyyəti olan şəxsə ötürülür. Öhdəliyin ötürüldüyü şəxs isə ipoteka krediti almaq üçün lazım olan bütün tələblərə cavab verməlidir.

Vətəndaşlara hansı məbləğdə ipoteka krediti düşür?
Bu zaman vətəndaş Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsinə (www.mcgf.az) daxil olub "İpoteka Kalkulyatoru" bölməsi vasitəsi ilə hansı məbləğdə ipoteka krediti əldə edə biləcəyi haqqında məlumat ala bilər bilər.

Orxan Hüseyn
BAKU.WS