055 213 76 73
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsinin zərfində göstərilib.
2021-ci ildə karbamid istehsalının 620 min ton, 2022-ci ildə 640 min ton, 2023-cü ildə 650 min ton olacağı proqnozlaşdırılır.
2019-cu il üzrə proqnoz 200 min ton təşkil edir.
Xatırladaq ki, Azərbaycanda karbamid istehsalı SOCAR-ın Karbamid zavodunda həyata keçirilir. Sumqayıt şəhərində yerləşən və illik 650-660 min ton karbamid istehsalı gücünə malik olan SOCAR-ın Karbamid zavodu istismara bu il yanvarın 16-da verilib.
Zavodun istehsal həcminin təqribən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 mln. dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək.
BAKU.WS