SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadi vəziyyəti və türk lirəsinin gələcək taleyilə bağlı açıqlama verib.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri Balıkəsirdə hərbi liseydə təşkil olunan tədbirdə çıxış edib. Türkiyə lideri bildirib ki, bu çətin məqam da türklərin qələbəsi ilə başa çatacaq.

“Türkiyəni iqtisadi böhranla, maliyyə çətinliyilə çökdürməyə çalışırlar. Öz çirkin niyyətlərini dollarla həyata keçirtmək istəyirlər. Türkiyə Allahın izni və xalqın iradəsilə edilən hücumların qarşısını alacaq. Nə edirlər etsinlər, 2023-cü ildə qarşımıza qoyduğumuz hədəflərə mane ola bilməyəcəklər.

Özünüz də görürsüz ki, iqtisadiyyatımız inkişaf edir. Ticarət əlaqələrimiz genişlənib. Turizm sektoru inkişaf edib. Bəs “valyuta məzənnəsi nə olacaq?” deyə soruşanlara isə bircə cavabım olacaq. Bir kəlmə demək istəyirəm. Bu da keçər!”, - deyə Ərdoğan vurğulayıb.

Ziya SƏCCAD
BAKU.WS