Yapı Kredi Bank Azərbaycan 2017-ci ilin üçüncü rübünün məlumatlarını ictimaiyyətə təqdim edib.

Bankın mənfəət və zərər hesabatına nəzər yetirdikdəcari ilin 9 ayının yekununda 6.3 milyon manatlıq xalis mənfəət əldə etdiyi görülür. Bankın hesabatları barədə şərh verən İdarə Heyətinin Sədri Cənab Cenk Yüksel: “Yapı Kredi Bank Azərbaycan olaraq müştərilərimizin etimadını qazanmaq bizim üçün çox önəmlidir.

Bu istiqamətdə hər zaman gərəkli addımları atmışıq, bundan sonra da davam edəcəyik. Güvənini qazandığımız müştərilərin sayı getdikcə artmaqdadır. Bunun nəticəsi olaraq da, görürük ki, ötən ilin Sentyabr ayının sonu ilə müqayisədə, bu ilin Sentyabr ayının sonunda əmanətlərimizin həcmi 34% artaraq 302 milyon manat olmuşdur.

Yapı Kredi Bank Azərbaycanın digər hesabatlarına nəzər saldıqda xalis faiz gəlirləri 23% artaraq 19.1 milyon manat olmuşdur.

Yapı Kredi Bank Azərbaycan Haqqında

Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

BAKU.WS