VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkədə kərə yağının qiymətindəki bahalaşmadan danışıb.

BAKU.WS-in məlumatına görə, Aydın Əliyev kərə yağının qiymətinin bahalaşmasının əsas səbəblərindən biri dünya birjalarında yağın baahalaşmasıdır.

“Bu, Azərbaycanda kərə yağının qiymətinə təsir edən əsas amildir. Azərbaycana əsas yağ tədarükçüsü Yeni Zelandiyadır. Bu ölkədə də qiymət artımı davam edir. Bizim işimiz yalnız idxal və ixrac edilən məhsulların rəsmiləşdirilməsindən ibarətdir", deyə Aydın Əliyev qeyd edib.

Qeyd edək ki, Azərbaycanda kərə yağının qiymətində bahalaşma qeydə alınıb. 1 kilo kərə yağı 18 manata satılır.

BAKU.WS