SİZİN REKLAM BURADA!
055 213 76 73


 
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 53,60 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,07 dollar/barel azdır.

BAKU.WS Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 53,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,085 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 31-də 50,68 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 31-də 51,79 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.