SİZİN REKLAM BURADA!
055 213 76 73



"Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 3 mln. 635 min manat, qorunan əmanətlərin cəmi 3 mln. 315 min manat, kompensasiya olunan əmanətlər isə 2 mln. 132 min manat təşkil edir. 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu bankda qorunan əmanətçilərin sayı 472 nəfərdir. "Kompensasiya almaq üçün qorunan əmanətçilər aprelin 19-dan Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinə müraciət edə bilərlər”, - deyə o bildirib.

Qeyd edək ki, sabahdan etibarən qorunan əmanətçilərə kompensasiyaların ödənişinə başlanılacaq.
 
BAKU.WS