SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Dubaya uçuşlar üzrə yeni aksiya elan edir.

Bakı-Dubay-Bakı istiqamətində J2 015/J2 016 reyslərinə aprelin 25-ə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 199 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir. 

Uçuş tarixləri: 15 aprel - 15 may 2017-ci il.

Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün komfortlu Airbus A320 laynerləri ilə həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Reys çərçivəsində sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  
(+99412) 598 88 80;
*8880

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

BAKU.WS