SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyanın məşhur toxum istehsalçısı Pioneer şirkətinin eksklüziv distribüteri olan Səba  bu şirkətlə yeni bir layihəyə başlayıb.

Azərbaycanda yalnız qeyri-GMO (Genetik Modifikasiya Olunmamış) qarğıdalı və soya toxumları yetişdirən Səba bu sahə ilə məşğul olmaq istəyən yerli fermerlərə bələdçilik edəcək.

Iowa State University – Ayova Dövlət Universitetinin alimlərinin Pioneer üçün hazırladığı "Qarğıdalı və soya sahələri üçün bələdçi” kitabçasını Səba şirkəti Azərbaycan dilinə tərcümə etdirib. Kitabçada qarğıdalı və soya bitkilərinin becərilməsi, bitkilərə aqrotexniki qulluq, zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldarlıq üçün gərəkən vərdişlər barədə ətraflı məlumat verilib.
 
Rəngli kitabça cədvəl, sxem və fotolarla zəngin olub, fermerlərə verilən hər bir məlumatın əyani şəkillə müşayiət olunmasını təmin edir.

Səba şirkəti kitabların fermerlərə paylanması ilə kifayətlənməyib, onlar üçün kitabçadakı məlumatlar üzrə treninqlər də keçirilməsini nəzərdə tutub.

Qeyd edək ki, Səba-ya daxil olan Qarabağ Taxıl MMC ölkənin ilk özəl pilot taxılçılıq təsərrüfatıdır. Müəssisə 3 ildən artıq bir vaxtdır ki, Ağcabədi və Beyləqan ərazisində 4800 ha ərazidə qarğıdalı və buğda becərir.  2016-cı ildə ölkədə ilk dəfə olaraq 1500 ha sahədə soya becərib. Səba şirkətinin digər müəssisəsi - Qarabağ Toxum MMC isə taxıl toxumu istehsalçısı kimi dövlət reyestrində qeydiyyata düşüb.    
 
BAKU.WS