SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xəbər verdiyimiz kimi, son günlər banklar valyuta satışına tətbiq etdikləri limitləri demək olar ki, aradan qaldırıblar.
 
BAKU.WS Fins.az-a istinadən xəbər verir ki, bu gün daha 2 bank – "Xalq Bank” və "Bank Respublika” dolları limitsiz satmağa başlayıblar. "Expressbank” isə limiti 2 dəfə artıraraq 10 min dollara çatdırıb.

Bu onu göstərir ki, banklar əvvəlcədən aşağı məzənnə  alıb saxladıqları ehtiyat valyutanı qazanc mənbəyinə çeviriblər. Bununla parallel olaraq əhali də manatın möhkəmlənməsindən təlaşa düşərək əllərindəki dolları qısa vaxtda satmağa cəhd edirlər. Bütün bunlar bazarda dollar təklifini artırıb.

Yaranmış situasiyada banklar daha çox qazanc əldə etməyə çalışırlar. Ümumiyyətlə, son aylarda bankların əmanət cəlb etmək, kredit vermək, digər xidmətləri həyata keçirməkdə çətinlik çəkirlər. Ona görə də onlar yeganə gəlir mənbəyi kimi valyuta satışına diqqəti artırıblar.

Nəticədə banklarda dolların alış və satış məzənnələri arasında kəskin fərq yaranıb. Bu gün banklarda ABŞ valyutası 1.7000-1.7500 manata alınır. Bəzi banklarda alış məzənnəsi hətta 1.6800 manatdır. Satış məzənnəsi isə 1.8500-1.9200 manat arasında dəyişir.

Göründüyü kimi, dolların alışı ilə satışı arasında 0,10 qəpik və daha artıq məzənnə fərqi yaranıb. Bu bir daha sübut edir ki, manatın məzənnəsinin möhkəmlənməsindən banklar maksimum yararlanmağa çalışırlar. Onlar öz valyuta ehtiyatlarını sataraq topladıqları artıq dollardan can qurtarmağa çalışırlar. 
 
BAKU.WS