SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda əhalinin banklardan əmanətlərini geri götürməsində yeni dalğa başlayıb.
 
BAKU.WS "Marja"ya istinadən xəbər verir ki, əmanətini geri götürməyə gələn müştərilərin sayı xeyli çoxalıb. Bəzi filiallar əmanəti dərhal geri qaytara bilmədiyi üçün müştəri ilə bank işçiləri arasında gərgin mübahisələr yaranır.

Əmanətçilər manatın günü-gündən dəyərdən düşməsindən narahatdırlar. Tam üzən məzənnəyə keçiddən sonra manatın dəyərdən düşməsinin daha da sürətlənməsi, USD/AZN məzənnəsinin tezliklə 2 manatı ötəcəyi barədə proqnozlar manat sahiblərini daha da narahat edir. Qısası, banklardakı manat təcili çıxardılaraq dollara çevrilir.

Bankların bir-birinin ardınca zərər açıqlaması, bu il bir neçə bankın bağlanacağının bəyan edilməsi də əmanətçiləri narahat edir. İndi Bankda dollar əmanəti olanlar da pullarını geri götürməyə başlayıblar.
 
BAKU.WS