İqtisadiyyat Nazirliyi elektron pul təşkilatları ilə bağlı qərar qəbul edib

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 14-cü maddəsinə uyğun olaraq, elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumat forması”nı təsdiq edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, məlumat forması ödəniş hesabları açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada nazirlik yanında Dövlət Vergi Xidmətinə təqdim ediləcək.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Oxşar xəbərlər
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq. B...
