SİZİN REKLAM BURADA!
055 213 76 73


“Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev ilə birlikdə “Agro-Pack Turkmenistan 2023” beynəlxalq sərgisində iştirak etdik”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

“İnnovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətləri, iqtisadi səmərəliliyin artırılması, resurslardan effektiv istifadə və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olduq”, - deyə nazir qeyd edib.

BAKU.WS