SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bütün dünya ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) dolların uçot dərəcəsi ilə bağlı qərarını gözləyir.
 
BAKU.WS-in məlumatına görə, dolların uçot dərəcəsinin bahalaşması ilə bağlı qərar bu gün baş tutacaq yekun iclasda qəbul ediləcək. Artırılacaq faiz dərəcəsinin 0,25% civarında olacağı güman edilir. Qərar öncəsi bütün birjaların gözü bu mühüm iclasa çevrilib. 

Analitiklər hesab edir ki, faiz artımından sonra dollar bütün valyutalar qarşısında bahalaşacaq. ABŞ valyutasının digər valyutalara nisbətdə möhkəmlənməsi manata olan təzyiqi də şübhəsiz artıracaq. Bu gün veriləcək qərarın manatın yumşaq devalvasiyasına təkan olacağı güman edilir. Bununla yanaşı, tam üzən məzənnəyə keçid də manatın kəskin şəkildə ucuzlaşmasına və real məzənnəsinə gətirib çıxaracaq. 
 
Şahin Həbibov
BAKU.WS