SİZİN REKLAM BURADA!
055 213 76 73


Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC nəqliyyat vasitələrinin nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası xidməti üçün açıq tender elan edib.

BAKU.WS xəbər verir ki, tenderdə iştirak haqqı 150 manat təşkil edir.

İddiaçılar ilkin sənədləri sentyabrın 29-u, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə oktyabrın 9-u, saat 18:00-a qədər "Aqroservis"in Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965 (Çinar Park) ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 10-u, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

BAKU.WS