SİZİN REKLAM BURADA!
055 213 76 73


"Latviya Prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük".

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk profilində yazıb.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Latviyanın İnvestisiya və İnkişaf Agentliyi arasında imzalanmış Anlaşma Memorandumu ikitərəfli iqtisadi münasibətlərin möhkəmlənməsinə və birgə investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək.

BAKU.WS
VİDEO