“Qazprom” rəhbəri Ərdoğanla Türkiyədə qaz qovşağının yaradılmasını müzakirə edib

09
dek
2022
19:43
“Qazprom” rəhbəri Aleksey Miller Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təbii qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
BAKU.WS APA-ys istinadən xəbər verir ki, “Qazprom”un Telegram kanalında məlumat verilib.
Bildirilib ki, danışıqlarda Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez də iştirak edib.
“Görüşdə Rusiya qazının türkiyəli istehlakçılara tədarükünə dair məsələlər, eyni zamanda, Türkiyədə qaz qovşağının yaradılması perspektivi müzakirə edilib”, - qeyd olunub.
Oxşar xəbərlər
Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib - FOTO - YENİLƏNİB
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın...