SİZİN REKLAM BURADA!
055 213 76 73


Adətən yayda ucuzlaşan yumurta indi bahalaşıb. İsti günlərdə yumurtaya tələbat qış fəslinə nisbətdə 1 milyon ədəd az olur. Nəzərə alsaq ki, yerli yumurta istehsalı ölkə əhalisinin təlabatını ödəyir, onda qiymət artımı böyük təəccüb doğurur.

BAKU.WS xəbər verir ki, bazarda ağ yumurta 16 qəpik, sarı yumurta isə 22 qəpiyə satılır. Əvvəlki qiymətlər 12 və 18 qəpik ətrafında idi.

Satıcılar yumurtanın baha satılmasını topdan satış qiymətinin bahalaşması ilə əlaqələndirirlər.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri "ARB24"ə bildirib ki, yumurtanın qiymətində artım təbii bahalaşmadır: "Dünya bazarında yem məhsulların bir dəfədən çox bahalaşması Azərbaycana da təsir edib. Bu amil yumurtanın qiymətinə təsir edib".

Ətraflı videomaterialda izləyə bilərsiniz:

BAKU.WS
VİDEO