Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı artıb

Bu ilin ilk altı ayı ərzində digər növ yüklərdə olduğu kimi Bakı Limanı vasitəsilə daşınan vaqonların sayında da ciddi artım müşahidə edilib.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınan vaqonların sayı 25,8 faiz artaraq 18 min 376 ədəd olub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən BAKU.WS-ə bildirilib ki, vaqon yükləri Bakı Limanın illik yükaşırma gücü 6,2 milyon ton olan Bərə terminalını vasitəsilə daşınır.
Bu terminalda vaqonlar yükü boşaldan avadanlığa ehtiyac olmadan bir nəqliyyat vasitəsindən (lokomotiv) digərinə (gəmi) ötürülə bilir. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir.
Terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və sair nəqliyyat vasitələri xaricində intermodal nəqliyyat vahidləri də yüklənilə bilər.
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...
