SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinu ilə görüşüb.

BAKU.WS xəbər verir ki, nazir bu barədə məlumatı sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, Moldova baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinu ilə görüş faydalı keçib:

“İxrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes-forumların təşkil edilməsi barədə ətraflı müzakirələr apardıq”.

BAKU.WS