Bu ilin sonunadək Azərbaycanda nağd əməliyyatlara məhdudiyyətlər qoyulacaq.
 
BAKU.WS-in məlumatına görə, bu barədə prezident İlham Əliyevin bu təsdiqlədiyi «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»ndə nəzərdə tutulub.

Sərəncama əsasən, ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi nəzərdə tutulur.
 
BAKU.WS