SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 117,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,27 dollar/barel çoxdur.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu haqda ölkənin neft-qaz bazarındakı mənbədən bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,29 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,53 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 111,35 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,65 dollar/barel çoxdur.

BAKU.WS