İlham Əliyev: "Bizim 52 milyard dollar valyuta ehtiyatımız varsa, Ermənistanın valyuta ehtiyatları 1 milyarddır"

Göstəriş vermişəm ki, ildən-ilə borcumuzu azaltmalıyıq. Mən indi, əlbəttə, Ermənistanla Azərbaycanı müqayisə etmək istəmirəm. Burada, tamamilə yerlə göy qədər fərq var.
BAKU.WS xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AZTV) müsahibəsi zamanı deyib.
"Amma Ermənistan indi xarici borc içində boğulur və onların xarici borcu ümumi daxili məhsulun təqribən 70 faizinə qalxıbdır. Onların xarici borcu təqribən bizim borcumuz səviyyəsindədir, təqribən 8-9 milyard dollar. Amma əgər bizim 52 milyard dollar valyuta ehtiyatımız varsa, Ermənistanın valyuta ehtiyatları 1 milyarddır. O da, Mərkəzi Bankın vəsaitidir. Onlar ondan istifadə edə bilməzlər. O, müəyyən dərəcədə daxili məzənnənin sabitləşdirilməsi üçün nəzərdə tutulub. Yəni, sərbəst vəsait yoxdur. Fərq bundadır", - deyə ölkə başçısı əlavə edib.
Oxşar xəbərlər
Vahid Əhmədov: “Bəzi pullu adamlar dövlətimizə təhlükədir”
Koronavirusun nə zaman bitəcəyi heç kimə məlum deyil. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın...