SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin noyabr ayında gürcü larisi ABŞ dollarına qarşı illik müqayisədə 10,3% ucuzlaşıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Büdcə Ofisinin hesabatında bildirilib.

Sənədə əsasən, ötən ayda Azərbaycan manatından başqa region ölkələrinin milli valyutaları ABŞ dolları qarşısında dəyər itirib.

Belə ki, türk lirəsi dollara münasibətdə 28,1%, rus rublu 14,7%, erməni dramı 1,5% ucuzlaşıb, Azərbaycan manatı isə 2,7% möhkəmlənib.

Qeyd edək ki, Gürcüstan parlamentinin Büdcə Ofisi qanunverici orqanın müstəqil maliyyə qurumudur və əsas vəzifəsi müstəqil və qərəzsiz təhlil, araşdırma və qiymətləndirmələr aparmaqla dövlət maliyyəsinin idarə olunmasına parlament nəzarətini həyata keçirməkdir.

BAKU.WS