SİZİN REKLAM BURADA!
055 213 76 73


On il ərzində ABŞ dolları dünyada bir çox ölkənin milli valyutasına nisbətdə dəyərini xeyli artırıb.

BAKU.WS xəbər verir ki, valyuta bazarından gələn son xəbərlər bir çox ölkəni depressiyaya salıb.

Valyuta məzənnələrinin səviyyəsi iqtisadiyyatın mal ticarəti, kapital axını, inflyasiya və bankların faiz dərəcələri aspektlərinə birbaşa təsir göstərir.

Həqiqət budur ki, milli valyuta məzənnəsindəki dəyişiklik ölkələrin hər bir vətəndaşına təsir göstərir.

Bəs Azərbaycan manatının və qonşu ölkələrin milli valyutalarının ABŞ dollarına nisbətdə məzənnəsi 2010-cu ildən bu günə (05.07.07) qədər necə dəyişib?

BAKU.WS Azərbaycan manatı və qonşu ölkələrin milli valyutalarının dollara qarşı dinamikasını təqdim edir:

1. Rusiya rublu
2010-cu ildə Rusiya rublunun dollara nisbətdə məzənnəsi kifayət qədər dəyişib: Həmin ilin aprelində 1 ABŞ dolları 28.9310 rubl, iyunun əvvəlində isə 31.7798 rubl olub. 2010-cu ildə dolların orta illik məzənnəsi 30,36 rubl təşkil edib. Bu gün isə 1 dollar 74.580 rubl səviyyəsindədir. Son 10 ildə artım 44.22 rubl (145.65%) təşkil edib.

2. Türk Lirəsi
2010-cu ildə Türk valyutası 1 ABŞ dolları üçün 1.388840 TL ilə 1.60550 TL arasında dəyişib. Orta illik nisbət 1.50036 TL idi. Bu gün isə 1 dollar 7.2151 TL dəyərindədir. Son 10 ildə artım 5.715 TL (380.9%) təşkil edib.

3. Gürcü larisi
Gürcüstanın milli pul vahidi olan lari 2010-cu ilin yanvarında 1.6929 GEL, ilin ortasında isə 1.9 GEL olub. Orta illik nisbət 1 dollar qarşlığında 1,796 GEL səviyyəsində müəyyən edilib. Bu gün isə lari 1 dollar müqabilində 3.2050 GEL dəyərindədir. Son 10 ildə artım 1,409 GEL (78.45%) təşkil edib.

4. İran rialı (tümən)
2010-cu ildə İran valyutası bir ABŞ dolları üçün 10 min riala bərabər olub. Hazırda denominasiya edilən və tümən adlandırılan İran pulu 42 105 IRR başa gəlir. Son 10 ildə artım 32 105 IRR (421.05%) təşkil edib.

5. Azərbaycan AZN
2010-cu ilin əvvəlindəki məlumatlara görə, 1 dollara qarşı manat 0,8029 AZN, 31 dekabr 2009-cu il tarixində isə 0,7979 manat olub. Orta illik məzənnə 0.8 AZN təşkil edib. Bu gün 1 dollar 1.7 AZN-ə dəyişdirilir. Son 10 ildə artım 0.9 AZN / USD (112.5%) təşkil edib.

Valyuta 2010-cu ildə dəyəri 2020-ci ildə dəyəri Fərq
Azərbaycan manatı 0.8 AZN/USD  1,7 AZN/USD 0,9 AZN (112,5%)
Rusiya rublu 30.36 USD/RUB 74.580 USD/RUB 44.22 RUB (145.65%)
Türk Lirəsi 1,50036 TL/USD 7.2151 TL/USD 5.715 TL (380.9%)
Gürcü Larisi 1.796 GEL/USD 3.2050 GEL/USD 1.409 GEL (78.45%)
İran rialı (tümən) 10.000 IRR/USD 42 105 IRR/USD 32 105 IRR (421.05%)


BAKU.WS