Tramp: İrana planlaşdırılan hərbi əməliyyat dayandırılıb
ABŞ Prezidenti Donald Tramp İrana qarşı nəzərdə tutulan hərbi əməliyyatın ləğv edildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" platformasında paylaşım edərək bildirib ki, ABŞ hərbi qüvvələri İrana qarşı əməliyyat keçirməyə tam hazır vəziyyətdə olsa da, diplomatik prosesə şans vermək qərarı verilib.
Onun sözlərinə görə, İran və bəzi Yaxın Şərq ölkələri Vaşinqtondan mümkün hücumun təxirə salınmasını xahiş ediblər. Tramp qeyd edib ki, tərəflər arasında razılaşmanın əsas prinsipləri üzrə ilkin anlaşma əldə olunub.
ABŞ Prezidenti əlavə edib ki, nəzərdə tutulan razılaşma Hörmüz boğazının dərhal, tam və heç bir şərt olmadan açılmasını, həmçinin İranın nüvə proqramından qaynaqlanan təhlükənin aradan qaldırılmasını əhatə edir.
Tramp vurğulayıb ki, regionda sabitliyin qorunması, qlobal rifahın təmin olunması və İranın gələcək inkişafı naminə, yaxın vaxtlarda yekun razılaşmanın əldə ediləcəyinə ümid edərək hərbi əməliyyatı dayandırmaq qərarı verib.
O, həmçinin deyib ki, İsrail də bu qərarı dəstəkləyir və razılaşmanın uğurla başa çatdırılması üçün tərəfləri səylərini davam etdirməyə çağırıb.
Oxşar xəbərlər
Nikol Paşinyan istefa verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan və rəhbərlik etdiyi hökumət səlahiyyətlərini rəsmi şəkildə dayandırıb. BAKU.WS xəbər verir ki, Paşinyan bu barədə sosial...