Tramp: ABŞ qeyri-məhdud sursat ehtiyatlarına malikdir
Ağ Ev lideri Donald Tramp medianın ABŞ-nin İranla başlatdığı müharibə səbəbindən silah çatışmazlığı barədə iddialarını təkzib edərək, ölkənin qeyri-məhdud sursat ehtiyatlarına malik olduğunu vurğulayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb.
"Bizdə guya sursat olmadığını daim təkrarlayan insanlar və media əslində dövlətə xəyanət edir. Onlar bunu ona görə edirlər ki, mənim qalib gəldiyimi görməkdənsə, Birləşmiş Ştatların uduzmasını istəyirlər!", - paylaşımda qeyd olunub.
Tramp ABŞ-nin İranda hazırkı hərbi əməliyyatın ehtiyaclarından xeyli artıq həcmdə orta və yüksək sinif sursat ehtiyatlarına malik olduğunu bildirib.
"Bundan əlavə, biz əvvəllər görünməmiş həcmlərdə sursat istehsal edirik. Biz onları yığırıq və hadisələrin istənilən mümkün gedişatına hazırlaşırıq. Onları başqa ölkələrə satmaq əvəzinə, özümüz üçün, ABŞ üçün saxlayırıq, lakin müttəfiqlərimizə tədarüklər tezliklə yenidən başlayacaq", - o yazıb.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...