Putin və Tramp bu iki ölkədən birində görüşə bilər
Rusiya Prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Donald Trampın sammitinin mümkün məkanları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri nəzərdən keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" iki məlumatlı Rusiya mənbəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, son həftələrdə yüksək vəzifəli Rusiya rəsmiləri Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfərlər ediblər. Lakin mənbələrdən biri bildirib ki, Moskva hələ də görüşün bu ölkələrdə keçirilməsinə dəstək vermir, çünki hər iki ölkənin ABŞ ilə təhlükəsizlik sahəsində sıx əlaqələri var.
2 fevral tarixində ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndələri ilə görüş və danışıqlar planlaşdırdıqlarını açıqlayıb. Vaşinqton yaxınlığındakı Endryus aviabazasında çıxışı zamanı Tramp bildirib:
"Bizim müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüş və müzakirələrimiz planlaşdırılıb."
Onun sözlərinə görə, bu görüşlərin təşkili uğurla davam edir.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...