Makron Trampla şam yeməyi üçün ona yalvarıb?
İtaliya siyasətçiləri Fransa Prezidenti Emmanuel Makronun ABŞ Prezidenti Donald Trampla münasibətlərdə ziddiyyətli və qeyri-effektiv mövqe sərgilədiyini bildiriblər. Bu mövqenin Romada və Berlində Vaşinqtonla münasibətlərdə seçilən daha yumşaq və praqmatik yanaşmadan kəskin şəkildə fərqləndiyi vurğulanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Məlumata görə, İtaliyanın hakim "İtaliya Qardaşları" partiyasından deputat, parlamentdə İtaliya–Almaniya dostluq qrupunun rəhbəri Canciakomo Kalovini Makronun davranışını sərt tənqid edib.
"O, sanki ABŞ-yə meydan oxumaq istəyirmiş kimi davranır, amma eyni zamanda Trampa mesajlar göndərir və Tramp bu mesajları heç bir çəkinmədən dərc edib. Həmin mesajlarda isə Makron Trampla şam yeməyi yemək üçün ona yalvarır", - deyə Kalovini bildirib.
Nəşr qeyd edir ki, Ağ Ev rəhbəri ilə münasibətlərin qorunması həm İtaliyanın Baş naziri Corcia Meloni, həm də Almaniyanın kansleri Fridrix Merts üçün mühüm əhəmiyyət daşıyır. Hər iki lider transatlantik gərginlikdən qaçmağa çalışır.
İtaliyanın Almaniya və Avropa İttifaqı yanında keçmiş səfiri Pyetro Benassinin sözlərinə görə, Meloni və Merts Trampa dialoqa ən açıq yanaşan Avropa siyasi qanadını təmsil edirlər. O vurğulayıb ki, ABŞ prezidentinin səbəb olduğu bir qədər sürreal xarakterli proseslərin sürətlənməsi İtaliya ilə Almaniya arasında mövqelərin yaxınlaşdığını göstərir.
Xatırladaq ki, daha əvvəl Corcia Meloni Tramp ilə Avropa İttifaqı arasında Qrenlandiya məsələsində vasitəçi olmağı təklif etmişdi. İtaliya Baş naziri hesab edir ki, ABŞ Avropanın Arktik adaya qoşun göndərməsi ilə bağlı addımlarını düzgün şərh etməmiş ola bilər.
Oxşar xəbərlər
Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb
Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ölkənin Bazara Nəzarət üzrə Tə...