İran Prezidenti: "ABŞ hücum edib, cavabını almalıdır"
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hücumlar cavabsız qalmamalıdır.
BAKU.WS xəbər verir ki, bu fikri dövlət başçısı Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı səsləndirib.
"ABŞ bizə hücum edib. Siz bizim yerimizdə olsaydınız, nə edərdiniz? Əlbəttə ki, bu hücum cavabsız qalmamalıdır", – Pezeşkian Makronun təmkinli davranış çağırışına cavab olaraq qeyd edib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki üç nüvə obyektinə uğurlu zərbələr endirildiyini açıqlayıb. Əsas hədəflərdən biri – uranın zənginləşdirilməsi ilə məşğul olan Fordo zavodu – yüz metrlərlə dərinlikdə qayalıq və dəmir-beton təbəqələrlə qorunduğundan bu günə qədər bombalanması mümkünsüz sayılırdı.
Oxşar xəbərlər
Ukrayna döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısını itirib
Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısının itirildiyini bildirib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barə...