Co Baydenə xərçəng diaqnozu qoyulub
ABŞ-nin keçmiş prezidenti Co Baydenə "aqressiv" növ prostat xərçəngi diaqnozu qoyulub.
BAKU.WS xəbər verir ki, bu barədə Baydenin ofisindən rəsmi açıqlama yayılıb.
Məlumata görə, Bayden ötən həftə sidik ifrazında problemlər və prostatda düyün aşkarlandığı üçün müayinə olunub. 16 may tarixində isə ona xərçəng diaqnozu təsdiqlənib. Həkimlər Gleason sisteminə əsasən xərçəngin inkişaf səviyyəsini 9 bal olaraq qiymətləndiriblər (bu sistemdə maksimum 10 bal olur).
Baydenin yaxın zamanda müalicəyə başlayacağı bildirilib.
ABŞ-nin hazırkı prezidenti Donald Tramp sosial şəbəkədə Baydenə keçmiş olsun diləklərini çatdırıb: "Melania ilə birlikdə Baydenə tezliklə sağalmağı arzulayırıq. Jill və ailəsinə ən xoş arzularımızı göndəririk."
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...