"Aydar" döyüşçüləri Kursk vilayətini tərk etməyə başlayıb
Ukrayna ordusu tərəfindən döyüşən "Aydar" batalyonunun döyüşçüləri Kursk vilayətini tərk edərək Sumı vilayətinə geri çəkilirlər.
BAKU.WS xəbər verir ki, bu barədə "Şimal" qoşun qruplaşmasının teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələri Qoqolevka və Quevo ətrafındakı meşə massivlərində şiddətli döyüşlər aparır.
"Quevodan demoralizə olmuş qarşı tərəf, o cümlədən 'Aydar' döyüşçüləri, kiçik qruplar halında Sumı vilayəti istiqamətində qaçmağa çalışır", – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, geri çəkilən ukraynalı döyüşçülər pilotsuz uçuş aparatları (PUA) və artilleriya atəşləri ilə izlənilir.
"Şimal" qruplaşmasının məlumatına görə, son sutka ərzində rus qoşunları 2,8 km irəliləyib və Ukrayna Silahlı Qüvvələrinə (VSU) məxsus 5 zirehli texnikanı məhv edib.
Oxşar xəbərlər
Rza Pəhləvi Trampa müraciət edib
Senator Qraham haqlıdır, Prezident Tramp Obama deyil və onun İrandakı etirazçıları dəstəkləyən sözləri bunu göstərir. BAKU.WS "Report"a istinadən xəbər verir ki...