VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livan Qırmızı Xaç Komitəsinin məlumatına görə, Beyrut limanında baş verən partlayışda ən az 100 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.

***09:25 

Beyrut limanında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb, 4 mindən çox insan yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Eyni zamanda, Livan hakimiyyəti itkin düşmüş insanların sayının çox olması səbəbilə qurbanların sayının artacağını gözləyir, çökən binaların dağıntılarından cəsədlərin hələ də çıxarılmasına davam edilir.

Çərşənbə axşamı axşam Beyrut liman bölgəsində güclü partlayış baş verib. Şəhərin binalarının yarısı dağılıb, xəstəxanalar yaralananlarla dolub.

Livanın Baş naziri Həsən Diyab bildirib ki, limanda 2750 ton ammonium nitratının düzgün saxlanmaması nəticəsində partlayış baş verib.

BAKU.WS
VİDEO

QALEREYA