Türkiyədə daha 930 nəfərdə koronavirus aşkarlandı

05
iyn
2020
21:38
Son bir gündə Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 648 nəfərə çatıb.
Ötən bir gündə ölkədə daha 930 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 168 340 nəfərdir.
Son sutkada 1 622 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə virusdan sağalanların ümumi sayı 133 400 nəfərə çatıb.
Oxşar xəbərlər
Türkiyədə son sutkada 21 nəfər koronavirusdan ölüb
Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə nazir...