İstanbulda yerləşən və 1934-cü ildən bəri muzey kimi fəaliyyət göstərən “Aya Sofya” məbədinin statusunun dəyişdirilməsi gündəmdədir.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məbədin məscid kimi də fəaliyyət göstərməsi barədə göstəriş verib.

O qeyd edib ki, bu istiqamətdə çalışma həyata keçirilsin:

“Aya Sofya”da namaz da qılınar, “Fatihə” də oxunar. Buna ancaq və ancaq əziz millətimiz qərar verər. Bu məsələdə çox həssas olun. Tələsməyin, məsələni yaxşı araşdırın. Araşdırma etdikdən sonra birlikdə müzakirə edək”, - deyə təlimat verib.

Qeyd edək ki, “Aya Sofya” məbədi Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəddir. Bizans dövrünə aid olan “Aya Sofya” Bizansın "qızıl əsrinin" simvoludur.

İnşasına 532-ci ildə başlanan “Aya Sofya”nın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunub, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınıb. Xüsusən də Əyriboğaz adasından açıq yaşıl, Əlcəzairdən sarı rəngli, Siqadan çəhrayı, cənub-qərbi Anadoludan ağ qırmızı mərmərlər gətirilərək tikintidə istifadə edilib. Gündə 1000 usta və on min işçinin çalışması ilə 5 il 11 ay 10 günə inşaat başa çatıb.

BAKU.WS