Türkiyədə çimərliklər bu şərtlərlə açılacaq

29
may
2020
15:28
Türkiyədə iyunun 1-dən parklar, kafelər, restoranlar, hovuzlar və çimərliklərə qoyulan qadağa rəsmən ləğv olunur.
BAKU.WS xəbər verir ki, qonşu ölkədə qadağalar ləğv edilsə də, müəyyən qaydalar və standartlar müəyyənləşdirilib.
Qeyd edək ki, Türkiyənin Konyaaltı rayonunda yerləşən və uzunluğu 6 km-dən çox olan Antalya çimərliyi 4 günlük komendant saatından sonra bu şərtlərlə işləyəcək:
- Bütün ailələr 9 kvadratmetrlik sahədə günəş çarpayıları quraşdıra biləcək.
- Hər turistdən sonra onun olduğu yer azı 20 dəqiqə boş qalacaq və dərhal sonra dezinfeksiya ediləcək.
- Turistlərə istədikləri yerdə dincəlmək və günəş vannası qəbul etmək qadağan olunacaq.
- Çimərlikdə siqaret və qəlyan çəkmək mümkün olmayacaq.
Oxşar xəbərlər
Sabahdan Türkiyədə komendant saatı tətbiq ediləcək
Aprelin 11-dən Türkiyənin 30 şəhərində koronavirusla 'laq'dar olaraq komendant saatı tətbiq olunacaq. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Naz...
